Yaxın illərdə qaz ölkələrin enerji balansında aparıcı rol oynayacaq - TAP-ın direktoru

11:38 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın illərdə qaz ölkələrin enerji balansında aparıcı rol oynayacaq.

Hafta.az tend-ə istinadən xəbər verir ki, bunu TAP konsorsiumunun direktoru Luka Skyeppati deyib.

O bildirib ki, qaz ölkələrin enerji istehlakında və istehsal strukturunda vacib resursdur.

L.Skyeppati əlavə edib ki, nəqliyyat vasitələri iqtisadiyyatın dekarbonizasiyasında vacib rol oynayır:

“Təbii qazla işləyən minik və yük avtomobilləri, gəmilər havanın çirklənməsinin əsas səbəbi olan xırda tozların aradan qaldırılmasına öz töhfəsini verir”.